Türkiyəli müğənni və aktrisa Harika Avcı intihara cəhd edib.
Oxu.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, sənətçi qaldığı otel otağında silahla özünü vurub. Sağ sinəsindən və qolundan yaralanan ifaçının həyati təhlükəsinin olmadığı deyilir.
Qeyd edək ki, bir müddətdir depressiyada olan Harika Avcı spirtli içkiyə aludəçiliyinə görə mübarizə aparır.
Aytən Sadıqzadə
www.oxu.az