Xəbər verdiyimiz kimi müğənni Azəri Günel Zeynalova və qardaşı Tunar Rəhmanoğlu Türkiyənin “Show TV” kanalında yayımlanan “Hər şey daxil” verilişinin qonağı olublar.
Oxu.Az xəbər verir ki, verilişin gedişində aparıcı gözlənilmədən Azəri Günelə qaşları ilə bağlı sual verib:
“Sənin qaşların qalın idi. Demişdin ki, gəlin köçəndə aldıracam. Sonra kim icazə verdi ki, aldırdın?”.
Günel suala “Azərbaycanda subay qızlar qaşlarını almırlar. O zaman qardaşım da hirslənmişdi. Mən bir ara qaşlarımı yolurdum. Atam nə baş verdiyini soruşanda dedim ki, qaşlarım tökülür. Qalın qaşlarımla Rəcəb İvedikə oxşayırdım”.
Aparıcı bu dəfə T.Rəhmanoğluya “Sən də subaysan, qaşların alınmayıb. Niyə qaşını almırsan?”,- deyə gözlənilməz sual verib.
Aparıcının qardaşına ünvanlandığı suala Azəri Günel cavab verib:
“Azərbaycanda qaş alan kişilərə pis baxırlar”.
Videonu sosial şəbəkələrdə Media Təqib Mərkəzi yayıb.
Aytən Sadıqzadə