Türkiyənin məşhur müğənnisi Uğur İşılak “Çırpınırdı Qara dəniz” mahnısının bir erməni bəstəkarının əsəri olduğunu iddia edib.
Oxu.Az anspress-ə istinadən xəbər verir ki, məşhur ifaçı Azərin isə ifa etdiyi mahnının erməni bəstəsi olması barədə Uğur İşılakın iddialarına Türkiyə mətbuatı vasitəsi ilə cavab verib.
Azərin türkiyəli müğənninin səhv etdiyini və səhvindən dönməli olduğunu bildirib. Azərin “Çırpınırdı Qara dəniz” mahnısının bəstəkarının dahi Üzeyir Hacıbəyov, sözlərinin isə böyük şair Əhməd Cavada məxsus olduğunu qeyd edərək deyib:
“Bu mahnı arxivlərdə və sənədlərdə mövcuddur. Mən yaşadığım müddətdə “Çırpınırdı Qara dəniz” mahnısı “Sarı Gəlin” olmayacaq”.