Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı vuruşan azərbaycanlı Rüstəm Əsgərov həlak olub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Mədinə İslam Universitetini bitirən Əsgərov Rüstəmin 20 ildən artıq Azərbaycanda İslama çağırışçıların siyahısında yer aldığı bildirilir.
4 il həbsdə yatan Rüstəmin Əfqanıstan və Çeçenistanda önəmli fəaliyyət göstərdiyi vurğulanıb. Onun Suriyada Ahraruş Şam İslami Mübarizə qrupunda 2 il mübarizə apardığı barədə məlumatlar verilib.
Rüstəm Əsgərov Hələbdə Əsəd qüvvələrinin havadan endirdikləri zərbələr nəticəsində həlak olub.