Bu gün səhər saat 08:40 radələrində Bakıda daha bir ali təhsil müəssisəsinin professoru iş yerində dünyasını dəyişib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Bakı Dövlət Universitetində tarix fakültəsinin magistratura üzrə dekan müavini Rəfael Süleymanov vəfat edib. Professorun səhər işə gələrkən liftdə halı pisləşib.
Təcili yardım həkimi çağırılıb. Həkimlər gələnə qədər artıq müəllim keçinib.