Aktrisa Türkan Şoray nadir xəstəliyə tutulub.
Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə Metabolik Cərrahiyyə Vəqfinin gecəsinə qatılan aktrisa özü ilə bağlı gözlənilməz açıqlama verib.
O, “Cushing ölkəmizdə bir o qədər də bilinən xəstəlik deyil. Nadir xəstəlik gəlib məni tapdı” deyərək nadir xəstəliyə tutulduğunu söyləyib.
Qeyd edək ki, “cushing” sindromu qadınlarda kişiləşməyə meyillilik, kökəlmə, qan təzyiqinin artması şəklində özünü büruzə verən xəstəlikdir.