19 il əvvəl “Miss Turkey” gözəllik müsabiqəsinin qalibi olan Çağla Şıkel yarışma ilə bağlı maraqlı etiraf edib.
Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 1997-ci ildə Türkiyənin ən gözəl qızı seçilən Şıkel, elə həmin il Seyşel adalarında keçirilən “Miss World” gözəllik yarışmasında dördüncü seçilərək, “Avropa gözəli” (“Europe's Queen Of Beauty”) titulunu qazanıb.
Çağla Şikel qalib olduğu yarışma ilə bağlı “Hər halda gənclik illərinin cahilliyidir. İndiki ağlım olsa idi, əsla o müsabiqəyə qatılmazdım” deyib.
Təqdim etdiyimiz fotolarda isə modelin xarici görünüşünün illər ərzində necə dəyişdiyinin şahidi ola biləcəksiniz.
Aytən Sadıqzadə
www.oxu.az