1992-ci ildə Türkiyə gözəli seçilmiş Banu Sağnak vəkil sevgilisi Çağatay Ertenlə nikah masasına oturmağa hazırlaşır.
Oxu.Az-ın Axşam.az-a istinadən xəbərinə görə, cütlüyün toy mərasimi iyulun 17-də olacaq.
İtaliyada baş tutacaq mərasimdən əvvəl Banu üçün Türkiyədə “bekarlığa əlvida” gecəsi keçirilib.
Gecədən fotoları qonaqlar sosial şəbəkədə paylaşıb.