Suat Aydoğanla işbirliyinə başlanıb.
Oxu.Az xəbər verir ki, “High Life Fashion & Model Academy” və “TAR Production & Studio”-nun baş direktoru, Aqil Məmiyevin number1.az saytına verdiyi açıqlamaya görə, artıq müğənnilərimizin ölkədən kənarda tanınması problemə çevrilməyəcək.
Təşkilatçının sözlərinə görə, qardaş ölkənin ən məşhur aranjimançısı olan Suat Aydoğanla işbirliyinə başlanıb. Əsas məqsəd olaraq bizim sənətçiləri Türkiyə şou-biznesinə çıxardaraq, onun tanıdılması, bəstə, aranjiman, klipin çəkilməsi və Türkiyə televiziyalarında yayımlanması və s. nəzərdə tutulub.
Aqil Məmiyev:
“Artıq “TAR Production & Studio” bir həftə ərzində sənətçilərimizin ixtiyarına verilir. Fikirləşdim, biz işlərimizi təkcə Azərbaycan səviyyəsində deyil, dünya çərçivəsində etməliyik. Suat Aydoğanla bu layihəni işləmək qərarına gəldim. Əvvəllər də çalışmışdıq, indi isə daha da çərçivənı böyütmək qərarına gələrək bu gün ona telefon açdım.Yaxın günlərdə İnşallah, Türkiyədəyik”.
“Suat Aydoğan Serdar Ortacın “Ray”, Demet Akalının “Giderli”, Gökhan Özen “Milyoner”, Davut Güloğlu “Seni seni”, Murat Boz “Hayat sana güzel”, Gökhan Özen “Başka”, Serdar Ortac “Kara kedi”, Seda Sayan “Gecenin üçü”, Tan “Kopalım bari”, Mustafa Sandal “Karizma”, İbrahim Tatlıses “Tek tek” və s. ən tanınmış türk sənətçilərinin albomlarını hazırlayıb. Düşünürəm ki, bu, bizim sənətçilər üçün bir fürsət olardı”.
“Onu da deyim ki, bizimlə işləməyə daha çox gənc müğənniləri dəvət edəcəyik. Bizə müraciət edən müğənnilər Türkiyədə musiqi yaradıcılıqlarını inkişaf etdirmiş olacaqlar”.