Azərbaycan Ordusunun zabiti şəhid olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün cəbhənin Tərtər rayonu istiqamətində qeydə alınıb.
Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində ordumuzun kapitanı, Naxçıvan Muxtar Respublikası Şərur rayonunun sakini Elnur Cəfərov düşmən gülləsinə tuş gəlib.
Hərbçi aldığı güllə yarasından şəhid olub.
Allah rəhmət eləsin!