Türkiyənin “Star TV” kanalında yayımlanan “Zuhal Topalla” evlilik verilişinə tamaşaçı qismində əslən Azərbaycandan olan və İstanbulda yaşayan Elvin və Gülay cütlüyü qatılıb.
Oxu.Az xəbər verir ki, Elvin yeddi aydır nişanlığı olduğu Gülaya canlı yayımda sürpriz edib. O, proqramın yaradıcı heyətinin dəstəyi ilə nişanlısının şərəfinə studiyanı şarla bəzədib, Gülaya fata, tac və üzük təqdim edərək evlənmə təklifi edib.
Gülayın Elvinə cavabı “bəli” olub.
A.S.www.oxu.az