Keçən ay İstanbulda Nişantaşındaki estetik klinikasından çıxarkən görünən türkiyəli aktrisa Serenay Sarıkaya eyni klinikanın çıxışında yenidən kameralara tuş gəlib.
“Haber Global” məlumat verir ki, bir saat klinikada qalan məşhur çıxarkən estetik əməliyyat etdirməsi barədə suallara əsəbləşib.
O, jurnalistlərin “Silikonlarınızı yoxlatmağa gəldiniz?” suallarına “Sizə nə?!” deyib.
Məşhur aktrisa heç bir suala cavab vermədən avtomobilinə minərək ərazidən uzaqlaşıb.