Aktrisa Qamze Özçeliki zorlayan keçmiş basketbolçu Gökhan Demirkolun cəzası 11 il sonra artırılıb.
Oxu.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, G.Demirkol Antalyada bir otel otağında aktrisa Qamze Özçeliki zorladığı üçün ilk məhkəmədən sonra 5 il 10 ay cəza almışdı.
Lakin aktrisanın israrı ilə 2008-ci ildə yenidən baş tutan məhkəmədə Gokhana 7 il həbs cəzası verilmiş, sonradan müttəhimin özünü yaxşı aparması səbəbi ilə 5 il 10 aya düşürülmüşdü.
Q.Özçelikin vəkilinin şikayətindən sonra sonuncu dəfə məhkəmə 14-üncü cəza dairəsində baş tutub. Q.Özçelikin zorlandıqdan sonra psixoloji problemlərinin ortaya çıxmasına görə məhkəmə ümumilikdə müttəhimə 8 il 9 ay həbs cəzası kəsib.