Son zamanlar “Fi Çi” serialındakı performansı ilə diqqət çəkən türkiyəli aktrisa Berrak Tüzünataç texnoloji qəzanın qurbanı olub.
Oxu.Az xəbər verir ki, o, özü kimi aktyor olan sevgilisi Birkan Sokullu ilə olan fotolarını səhvliklə “Instagram Story”də paylaşıb.
Aktrisa dərhal paylaşımını silsə də, sevgilisi ilə öpüşərkən çəkdirdiyi fotoların sosial mediada yayılmasının qarşısını ala bilməyib.
Qeyd edək ki, Berrak Tüzünataç illər öncə də Çağatay Ulusoyla hotellərin birində öpüşərkən görüntülənmişdi.
Pərviz Hüseyn
www.oxu.az