ABŞ-ın Florida ştatında məktəbə edilmiş silahlı hücumda ölənlərin sayı 17 nəfərə çatıb.
Oxu.Az “USA Today”ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları orta məktəbdə törədilmiş qanlı insident nəticəsində 17 nəfərin öldüyü xəbərini təsdiqləyib.
Şübhəli şəxs saxlanılıb. O, əvvəllər həmin məktəbdə təhsil alıb. Polis atıcının Nikolas Kruz olduğunu açıqlayıb.
Bundan əvvəl bir nəfərin öldüyü, 20 nəfərin yaralandığı xəbər verilirdi. Cinayətin motivləri hələlik bəlli deyil.
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Kentukki ştatının Benton şəhərində 15 yaşlı yeniyetmə məktəbdə olan insanları atəşə tutmuşdu. Silahlı insident nəticəsində 15 yaşlarında olan bir qız və bir oğlan ölmüşdü. Ümumilikdə 19 nəfər xəsarət almış, onlardan 14-ü güllə yarası ilə xəstəxanaya yerləşdirilmişdi.
01:43
ABŞ-ın Florida ştatında şagirdləri güllələyən şəxsin kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, yerli hakimiyyətin nümayəndəsi Robert Ransi bildirib ki, hadisəni məktəbin keçmiş şagirdi törədib.
“Hazırda mən onun adını bilmirəm, amma o bu məktəbdə təhsil alıb” - deyə Robert Ransi əlavə edib.
Onun sözlərinə görə, dəqiq say olmasa da, hadisənin bir neçə qurbanının olduğunu bildirib.
“Hazırda bir düşünmürük ki, bu hadisəni törədən şagird kimlərləsə əlbir olub. Amma araşdırma aparılır”.
01:13
ABŞ-ın Florida ştatının cəbub hissəsində orta məktəblərin birində şagirdləri öldürən şəxs saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Fox News məlumat yayıb.
İlkin məlumata görə, baş vermiş atışmada bir nəfər ölüb, 50 nəfərin isə yaralandığı bildirilir.
ABŞ prezidenti Donald Tramp, ölənlərin yaxınlarına baş sağlığı verib.
00:55
ABŞ-ın Florida ştatının cəbub hissəsində orta məktəblərin birində baş vermiş atışmada ən azı bir şagirdin öldüyü, 50 nəfər isə yaralandığı bildirilir.
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ-ın yanğın söndürənləri bildirib.
Polisin verdiyi məlumata əsasən, hadisəni şagirdlərdən biri törədib. Hazırda onun axtarışları aparılır.
BREAKING: White House says President Trump has been 'made aware' of the possible school shooting in South Florida. - MSNBC pic.twitter.com/rs0hsKbDG7
— TheResistance Report (@AntiTrumpReport) 14 февраля 2018 г.
00:23
ABŞ-ın Florida ştatının cəbub hissəsində orta məktəblərin birində atışma baş verib.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 20 nəfər yaralanıb.
CNN telekanalı hadisə yerindən canlı bağlantı yaradıb. Kadrlarda da göründüyü kimi, şagirdlər təlaş içində məktəbdən qaçırlar.
#UPDATE: Person of interest identified in Marjory Stoneman Douglas High School pic.twitter.com/4RtDRtlrBL
— WSVN 7 News (@wsvn) 14 февраля 2018 г.
A.M.
www.oxu.az