Türkiyəli məşhur aktyor İsmayıl Hacıoğlu və keçmiş həyat yoldaşı Duyğu Kumarki yenidən nikah masasına oturublar.
Oxu.Az bu barədə "Haber Global"a istinadla xəbər verir.
Cütlük ilk dəfə 2016-cı ildə ailə həyatı qurub, lakin 2020-ci ildə isə boşanıblar. Onların bu evlilikdən Yemin adlı bir qız övladları var.

Ayrılıqdan sonra ötən 5 il ərzində bir neçə dəfə münasibətlərinə yenidən şans verən cütlük son olaraq bir daha evlənməyə qərar verib.
Cütlük yaxın dostlarının iştirakı ilə gəmidə təşkil olunan mərasimdə yenidən nikah masasına oturub. Qeyd edək ki, Duyğu Kumarkinin dekolteli gəlinliyi sosial şəbəkələrdə müzakirə mövzusu olub.

İsmayıl Hacıoğlu bundan əvvəl, 2010-2015-ci illərdə aktrisa Vildan Atasever ilə evli olub. Kumarki ilə boşandıqdan sonra isə əvvəlcə aktrisa Merve Çağıranla, daha sonra Aslıhan Gürbüzlə münasibət yaşayıb. Lakin bu əlaqələr də uzunömürlü olmayıb.