“İşte benim stilim” dəb yarışmasında azərbaycanlı iştirakçı Sima Şərəffətdinova ilə digər iştirakçılar və münsiflər arasında mübahisə yaranıb.
Oxu.Az xəbər verir ki, o, rəqibinə qarşı “Mən də “atam-anam burada deyil, çox darıxıram” deyə bilərəm” şəklində fikrini insanlara çatdırmaq istəsə də, qurduğu cümlələr studiyadakılar tərəfindən kobud və yanlış başa düşülüb. Buna görə o, iştirakçıların və münsiflərin sərt tənqidinə tuş gəlib.O, səhv başa düşüldüyünü izah etməyə çalışsa da, göz yaşlarına boğulub.
Kadrları videonun 10-cu dəqiqəsindən izləyə bilərsiniz.
Aytən Sadıqzadə
www.oxu.az