İctimai mediada “Ciciş qızlar” kimi tanınan Esra-Ceyda Ersoy bacıları çəkiliş üçün getdikləri Dənizlidə qəzaya düşüb.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Esra Ersoy qəzada yüngül yaralanıb. Ceyda Ersoy isə təcili tibbi yardım maşınında yaralı bacısının şəkilini çəkərək sosial şəbəkədə paylaşıb.
Çardak Dövlət Xəstəxanasında tibbi yardım göstərildikdən sonra hər iki bacı evə göndərilib.
Aytən Sadıqzadə