Türkiyəli məşhur rejissor, aktyor Sinan Çetin İstanbulda gənc qadınla görüntülənib.
69 yaşlı sənətçi Nişantaşıda ticarət mərkəzindən gənc qadınla çıxarkən kameralara tuş gəlib.
Kameraları görən Çetin qadının yanından uzaqlaşaraq bir hotelə girib. Təxminən 10 dəqiqə orada qalan rejissor daha sonra Maçka parkında eyni qadınla yenidən görüşüb.
O, tez-tez arxaya baxaraq kiminsə onları izləyib-izləmədiyini yoxlayıb.
Rebekka Haasla evli olan Sinan Çetinin yanındakı gənc qadının kimliyi maraq doğurub.
Qeyd edək ki, Sinan Çetinin anası azərbaycanlıdır.
Mənbə: Sondakika