Türkiyədə “Alev alev” serialındakı rolu ilə özünü sevdirən gənc aktrisa Dilan Çiçek Deniz paparazilərin hədəfi olub. Belə ki, onun istirahətə yollandığı Bodrumdan görüntüləri yayılıb.
Bu barədə “Haber Global” xəbər verib.
Məlumata görə, aktrisa, baş rolunu oynadığı serialın finalından sonra tətilə gedib.
Kadrlarda onun rəfiqəsi ilə birlikdə əylənməsi və bir-birilərinin şəkillərini çəkməsi görünür.