“Best Model of Turkey-2013” müsabiqəsində 3-cü yerin qalibi Canər Nalbandoğlu bıçaqlanıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində modelin mədəsi və qaraciyəri zədələnib.
“Best Model” yarışmasının təşkilatçısı Ərkan Özərman “Canərin vəziyyəti hazırda yaxşıdır. Onu bıçaqlayan manyakın biri imiş. Tutularaq həbsxanaya göndərilib”,- deyə şərh verib.