1-2 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək “Baku World Challenge 2014” yarışları ilə əlaqədar olaraq Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, yarışlar ilə əlaqədar Mikayıl Useynov prospekti, Akademik Əhəd Yaqubov və Aqil Quliyev küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq Qurban Abbasov, Xanlar küçələri və Badamdar şossesindən istifadə etmələri tövsiyə olunur.
E.Ə.
www.oxu.az