Tanınmış türkiyəli ifaçı Levent Yüksel və 31 yaş kiçik sevgilisi Lidiya Özdemiroğlu münasibətlərinə son qoyub.
Oxu.Az xəbər verir ki, Levent dostunun qızı olan Lidiya ilə il yarımdır sevgi münasibəti yaşayırdı.
22 yaşlı Lidiyanın anası isə onları dəstəkləyirdi. Yayılan son məlumatlara görə, xeyli qınaqlara tuş gələn cütlük ötən həftə ayrılıb.
Qeyd edək ki, 53 yaşlı Levent Yükselin 22 yaşlı Lidiya ilə münasibəti birmənalı qarşılanmamış, onu sosial mediada tənqid hədəfinə çevirmişdi.

Pərviz Hüseyn
www.oxu.az