Türkiyəli müğənni Nez 4-cü həyat yoldaşı Eylem Server Ünüvardan ayrılmağa qərar verib.
Oxu.Az xəbər verir ki, cütlük 2016-cı ilin noyabr ayında evlənib. “Star TV”-də nümayiş olunan “Duymayan kalmasın” verilişində yayılan xəbərə görə, cütlüyün ayrılmağının səbəbi qısqanclıqdır. Onlar bir-birini sosial media hesablarından da siliblər.
Cütlük evləndikdən sonra İngiltərədə yaşayırdı.
A.S.
www.oxu.az