Məşhur türkiyəli müğənni Lerzan Mutlu onu təqib və təhdid edən üç şəxs barəsində prokurorluğa şikayət edib.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, o, əvvəllər də mübahisə yaşadığı Murat K. və Filiz E. adlı şəxslərin onu təqib etdiyini və getdiyi məkanlara gələrək aşağıdakı ifadələrlə təhdid edildiyini söyləyib:

“16 il həbsxanada yatdım. Gözəlliyindən və üzündən məhrum olacaqsan”.

Müğənni Figen B. adlı üçüncü şəxsdən isə “barmaqlarını kəsəcəyəm” kimi təhdid mesajları aldığını deyib.

Hər üç şübhəli haqqında cinayət işi açılıb.

Aytən Sadıqzadə
www.oxu.az