Məşhur türkiyəli müğənni Bahiye Aksoy vəfat edib.
Oxu.Az xəbər verir ki, türk sənət musiqisi ilə tanınan ifaçı qocalar evində 85 yaşında dünyasını dəyişib.
Müğənni altsaymer xəstəliyindən əziyyət çəkirdi.
Altsaymer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir. Xəstəlik yaddaş və digər intellektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması ilə nəticələnir.
Onu da qeyd edək ki, xəstəlik kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir.
Aytən Sadıqzadə
www.oxu.az