Tanınmış müğənni Zara ilə jurnalist Akif Beki boşanıb.
Oxu.Az xəbər verir ki, bu haqda Türkiyə mətbuatında məlumat yayılıb.

Dörd il əvvəl evlənən cütlük məhkəmədə bir-birlərindən heç nə tələb etməyib. Qarşılıqlı razılşama ilə onların 3 yaşlı qızı Dilanın vəlayəti anası Zaraya verilib.
Xatırladaq ki, müğənni ilk dəfə “Ulus Musiqi”nin sahibi İskəndər Ulusla ailə qurmuş, 8 ildən sonra boşanmışdı.
Aytən Sadıqzadə
www.oxu.az