Türkiyənin məşhur ekran əsəri - "Eşkiya dünyaya hükümdar olmaz" serialında "İlyas" rolunu canlandıran aktyor Ozan Akbaba Şuşaya səfər edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı aktyor Elşən Orucov məlumat yayıb.
Sənətçi Şuşadan həmkarı ilə fotosunu paylaşıb. Görüntüdə türk ssenarist Birol Tezcan da yer alıb.
Qeyd edək ki, Ozan Akbaba üç il əvvəl də Şuşaya səfər edib. O zaman aktyor "Nə oldu, Paşinyan?" dediyi videogörüntü ilə yadda qalmışdı.
Bildirək ki, Ozan Akbaba əslən azərbaycanlıdır.
Rəylər