Türkiyənin məşhur dizaynerləri və modelləri Bakıya gəlməyə hazırlaşırlar.
Oxu.Az xəbər verir ki, Yıldırım Mayruk, Özgür Masur, Özlem Suer, Hatice Gökçe, Zeynep Tosun, Zeynep Erdoğan, Tuvanam, Raisa & Vanessa Sason və Gamze Saraçoğlunun kolleksiyalarının təqdim ediləcəyi nümayişdə moda koordinatoru Hatice Gökçe, xoreoqraf Ferhan Aral, stilist Hakan Yalçın Öztürkdür.
BG Ajans-ın təşkilatçılığı ilə reallaşacaq dəfilədə Sema Şimşek, Didem Soydan, Bilge Kara və Burcu Kutluk kimi məşhur modellər yer alacaq.
Qeyd edək ki, möhtəşəm moda nümayişi 11-12-13 dekabr tarixlərində Bakıda “The Four Seasons Hotel”də baş tutacaq.
Aytən Sadıqzadə