Türkiyənin məşhur müğənnisi Bengü oğlunun üzünü ilk dəfə göstərib.
Oxu.Az xəbər verir ki, müğənni ailəvi şəklini sosial media hesabında paylaşaraq “biz” şərhini əlavə edib.
Qeyd edək ki, 2018-ci ildə Selim Selimoğlu ilə ailə quran Bengü 2019-cu ildə qızı Zeynəbi, ötən ilin noyabr ayında isə ikinci övladı Selimi dünyaya gətirib.
Sözügedən paylaşımı təqdim edirik:
