Türkiyəli cazibədar müğənni Ebru Polad azərbaycanlı modelyer Ramazo Romanın əl işinə üz tutub.
Oxu.Az ANS PRESS-a istinadən xəbər verir k i, qardaş ölkədə fəaliyyət göstərən Ramazonun müğənni üçün hazırladığı paltarın üzərində dodaq izləri rəsmi əks olunub.
Modelyer açıqlamasında qeyd edib ki, Ebru həmin bu geyimlərdə sənətçi Sezen Aksunun onun üçün yazdığı “Günaha davet” adlı mahnısına azərbaycanda keçirəcəyi təqdimat zamanı geyinəcək.