Yeni təqdim olunan “Eski sevgilini unutmanın 10 yolu” adlı filmin yaradıcı heyəti Azərbaycana gələcək.
Oxu.Az xəbər verir ki, bu barədə “Best Model of Turkey 2009”un qalibi, model-aktrisa Tuğçe Sarıkaya məlumat verib.

Filmin rejissorluq işini Biray Dalkıran edib.
Qeyd edək ki, “Eski sevgilini unutmanın 10 yolu” adlı filmdə Asuman Dabak, Atılqan Gümüş, Orçun Kaptan, Sərhat Özcan, Zeynəb Dizdar və başqaları da rol alıb. Film Nizami Kino Mərkəzində nümayiş olunur.
Aytən Sadıqzadə
www.oxu.az