Malayziyanın Dövlət Neft Şirkəti “Petronas” Norveçin “Statoil” şirkətinin Təbii Qaz Boru Xətti layihəsindəki (TAP) səhmlərini ala bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Bloomberg yazıb.
Məlumata görə, şirkət Statoilin TAP-dakı 20% səhmini almağı planlaşdırıb.
Qeyd edək ki, məsələ ilə bağlı son qərar qəbul olunmayıb.
Onu da əlavə edək ki, TAP-da payçılar arasında səhmlər belə müəyyənləşdirilib: BP - 20%, SOCAR - 20%, Statoil - 20%, Fluxys - 19%, Enagas - 16% və Axpo - 5%.
Ülviyyə R. Əli
www.oxu.az