Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Statoil TAP-da olan payını satır
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbəri Rövnəq Abdullayev ANS telekanalına verdiyi müsahibəsində Norveç şirkəti Statoil-in TAP-da olan (Trans-Adriatik Boru Kəməri) 20%-lik payını satması barədə bildirib.
Onun sözlərinə görə, artıq bu aksiyaların alıcısı var.
“Bir neçə şirkət Statoil payının əldə edilməsinə maraq göstərib və mən düşünürəm ki, bu payı bir neçə şirkətin alması daha yaxşı olardı”, - Oxu.Az xəbər verir ki, Abdullayevin sözlərindən Reuters sitat gətirib.
Statoil şirkətinin özü TAP-dakı aksiyalarının satışını şərh etmir.
“Biz adətən öz sövdələşmələrimizi şərh etmirik”, - şirkətin mətbuat katibi vurğulayıb.
Qeyd edək ki, Statoil beləliklə, Azərbaycan qaz layihələrindən çıxır.
30 aprel tarixində şirkət “Şahdəniz” yatağındakı payını Malayziyanın Petronas şirkətinə satıb.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"