“Türkvision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Fərid Həsənov Türkiyəyə yola düşüb.
Oxu.Az xəbər verir ki, müsabiqənin finalı dekabrın 18-21-də baş tutacaq. Fəridlə yanaşı, konkursa aparıcı Samir Bayramlı, müğənni Samir Cavadzadə də yollanıb.
Türkdilli xalqların qatılacağı müsabiqədə azərbaycanlı münsif qismində bəstəkar Gövhər Həsənzadə və şair Baba Vəziroğlu iştirak edəcək.
Nəzərinizə çatdırırıq ki, ATV telekanalı bu ildən sözügedən müsabiqənin rəsmi yayım hüququna malik olub.
Aytən Sadıqzadə
www.oxu.az