Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi (İB) Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, İB qaz kəmərlərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.
Hazırda iddia üzrə məhkəmə prosesi davam etdirilir.