Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

“U2” rok-qrupu koronavirusla mübarizəyə 10 milyon avro ayırdı
Dünyaca məşhur irlandiyalı “U2” rok-qrupu ölkəsində həkimlər üçün zəruri qoruma vasitələrinin alınması məqsədi ilə 10 milyon avro pul ayırıb.
“Kanal 24” xəbər verir ki, bu pandemiya ilə mübarizəyə ayrılan ən böyük məbləğlərdən biridir.
Artıq bu pula alınan vəsaitlərin ilk partiyası İrlandiyaya gəlib.
Orada 40 süni tənəffüs aparatı, 60 min gözlük, 200 min tibbi maska və bir milyondan çox əlcək olub.
Ən çox oxunanlar