Bobbi Braun bildirib ki, onun Uitni Hyustonla olan qızı bir neçə ay ərzində ilk dəfə olaraq gözlərini açıb.
Oxu.Az xəbər verir ki, bu barədə New-York Daily News məlumat yayıb.
“Bobbi Kristina ayıldı”, - Bobbi Braun Dallasda tədbirdə deyib.
Qeyd edək ki, Uitnu Hyuston və müğənni Bobbi Braunun qızı yanvarın 31-dən süni komada idi. Onu huşsuz vəziyyətdə evində vanna otağında tapmışdılar.
www.oxu.az