May ayında Tel-Əviv şəhərində keçiriləcək “Avroviziya-2019” beynəlxalq musiqi yarışmasında iştirak edəcək təmsilçilərin adlarının açıqlandığı dönəmdə Ukrayna müsabiqə ilə bağlı uğursuzluğa düçar olub. Səbəb isə ifaçıların bu müsabiqədə iştirak etməkdən boyun qaçırmalarıdır.
Oxu.Az xəbər verir ki, milli seçim turunda ikinci yeri qazanan “Freedom-Jazz Girls” qrupu Ukrayna ictimai televiziyasının təklifinə “yox” cavabı verib.
Qrupun yarışmada iştirakdan imtina etməsi Avropa turuna çıxmaq planları ilə əlaqələndirilib.
Sənətçi, Ukrayna ictimai televiziyası ilə razılığa gələ bilmədiyini açıqlayıb. İfaçı müsahibəsində bildirib ki, yarışmada ukraynalı siyasətçilərin reklamına çevriləcək şüarlar səsləndirmək niyyətində deyil.
Rəşad Əliyev