Müğənni Zamiq Hüseynov yeni klip çəkdirib.
Oxu.Az xəbər verir ki, “Gör nələr olur” adlı mahnıya çəkilən klipdə Ukraynadan dəvət olunmuş model iştirak edib. Klipdə model Kseniya Palfinin açıq-saçıq geyimi diqqət çəkib.
Klipin rejissoru Fərhad Əlidir. Mahnının sözləri Leyli İsarfilovaya, musiqisi Ləman Süleymanovaya aiddir.