“Kiyevdə “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi təhlükə altında deyil”.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Ukraynanın baş naziri Vladimir Qroysman deyib.
Onun sözlərinə görə, müsabiqə ən yüksək səviyyədə keçiriləcək.
Fevralın 14-dən müsabiqə üçün bilet satışına start veriləcəyi gözlənilir. Biletin qiymətləri 8-500 avro arasında dəyişəcək.
Xatırladaq ki, daha əvvəl “Eurovision - 2017” komandasında çalışan bir neçə nəfərin istefa verməsi barədə xəbər yayılıb və Avropa Yayım Birliyi bəyanatla çıxış edərək bu faktı təsdiqləyib.
A.S.
www.oxu.az