Cəmiyyət bu gözəllərə onların valideynlərinin uğurunu yazır. Təəccüblüdür ki, onların çoxu elə məşhur analarının ampluasında çıxış edirlər. Hollivudun və dünya podiumlarının əsas gözəllərinin övladlarına gəlin diqqət yetirək.
Sindi Krouford – Kaya Gerber

Amerika KİV-i uzun illərdir ki, Sindi Kroufordun oğlu və qızının dünyada ən gözəl ulduz uşaqlar olduğunu yazır. 90-cı illərin əsas supermodeli və onun əri, keçmiş model, indiki iş adamı Rendi Gerberin 14 yaşlı Kaya Gerber Sindinin gəncliyini xatırladır.
Kim Beysinger – Ayrlend Bolduin

Kim Beysinger və Alek Bolduinin qızı anasının eynisidir: hündür, gözəl, sarışın.19 yaşlı model artıq bir çox dəb brendlərin simasına çevrilib. Ayrlend açıq-saçıq fotosessiyalara çəkilir – valideynlərinin bu barədə nə düşnüdükləri hələ məlum deyil.
Vanessa Paradi – Lili-Rouz Depp

Vanessa Paradi və Conni Deppin qızı bu yaxınlarda debüt edib – o, “Chanel”in Nyu-York nümayişində iştirak edib. 15 yaşlı qız çox gözəldir və bu yaxınlarda atası ilə eyni filmdə çəkiləcək. Lili-Rouz Depp Vanessanın gəncliyini xatırladır, həmin bədən quruluşu və siması var.
Robin Rayt – Dilan Penn

Şon Penn və Robin Raytın qızı anasının xarici görünüşünü və atasının cazibədarlığını götürüb, buna görə də onu artıq Hollivudun gələcək ulduzu adlandırırlar. O, artıq jurnalların üz qabığını bəzəyir və müntəzəm olaraq ən yaxın rəfiqəsi Ayrlend Bolduin ilə elit xronikada görünür.
Riz Uizerpsun – Ava Filipp

Riz Uizerspun və Rayan Filippin qızına da parlaq gələcək vəd edirlər. O, valideynlərindən ən yaxşı şeyləri götürüb – anasına çox bənzəyən qız miniatür Rizdən fərqli olaraq model parametrləri ilə seçilir və artıq ABŞ-nın ən gözəl qızlarından biri kimi məşhurdur.
Keyt Moss – Lila Qreys Hek

Keyt Moss və 13 yaşlı qızının həddən artıq bənzər olmaları dəfələrlə britaniya tabloidlərinin tədqiqatlarının obyekti olub. Üz cizgiləri, saç rəngi, mimika və jestlər – qıza anasının izi ilə getmək sanki Allah vergisidir.
Melani Qriffit – Stella Banderas

Aktrisa Melani Qriffitin üç ərinin hər birindən bir övladı var. Ən böyük şöhrəti Don Consondan olan qızı “Bozun 50 çaları” filmində baş rolu oynayan Dakota Conson qazanıb. Amma Melaniyə daha çox Antonio Banderasdan olan qızı Stella bənzəyir. Stella Hollivud maçosunun yeganə övladıdır.
Madonna – Lurdes Leon

Əgər gənc Madonnanın fotolarına baxsaq, qızı Lurdes ilə bənzərliyini aşkar şəkildə görəcəyik. Kubalı fitnes trenerdən dünyaya gələn qız atasına da bənzəyir, onu italyanlıya (anası milliyətcə italyandır)da, kubalıya da bənzətmək mümkündür.
Aytən Sadıqzadə