Prodüser Cerri Brukhaymer "Karib dənizinin quldurları-6" filmində rol alması üçün aktyor Conni Depp ilə danışıqlar apardığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Deadline" nəşri məlumat yayıb.
Prodüser nəşrə açıqlamasında müzakirələrin davam etdiyini və filmin ssenarisi üzərində işlədiklərini bildirib.
Brukhaymer filmin növbəti hissəsini ərsəyə gətirə biləcəklərinə ümid etdiyini vurğulayıb.
Lakin iddialara görə, Cek Sərçə növbəti filmdə baş qəhrəman deyil, ikinci dərəcəli personaj olacaq.
Franşizanın sonuncu filmi olan "Karib dənizinin quldurları: Ölülər nağıl danışmır" 2017-ci ildə nümayiş olunub və dünya üzrə təxminən 794 milyon dollar gəlir əldə edib.