ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp daha bir uşağın ailəsinə qovuşmasına kömək edib. Qohumlar Ukraynadakı münaqişə səbəbindən ayrı düşmüşdülər.
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.
"Nümayəndələrim və mən münaqişə səbəbindən sevdiklərindən ayrı düşmüş insanların növbəti qovuşmalarına köməklik göstərməyə çalışırıq", - deyə Melaniya Trampın sözlərindən Ağ Evin saytında sitat gətirilib.
Qeyd olunub ki, Ağ Ev proses iştirakçılarının vətəndaşlığını açıqlamır. Hazırda ailənin bütün üzvləri bir yerdədir.
Vurğulanıb ki, birinci xanımın səyləri nəticəsində 34 uşaq ailəsinə qovuşub.