Xorultu cütlüklərdə xroniki stresə və münasibətlərdə problemlərə səbəb ola bilər.
Oxu.Az xəbər verir ki, psixoterapevt İrina Kraşkina Lenta.ru-ya açıqlamasında belə deyib.
O, problemin əsas səbəbinin xorultunun səsi deyil, partnyorun mütəmadi olaraq yuxusuz qalması olduğunu bildirib.
Onun sözlərinə görə, tez-tez oyanmaq insanın əsəbiliyini artırır, əhval-ruhiyyəsinə və dözümünə mənfi təsir göstərir. Nəticədə adi məişət mübahisələri belə daha ciddi qəbul olunur.
Mütəxəssis qeyd edib ki, problemin həlli üçün tərəflərin birlikdə çıxış yolu axtarması vacibdir.
Qaynar xətt:
(055) 224 12 12