"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri "Barselona"ya transferini yekunlaşdırmaq üçün Kataloniyanın paytaxtı Barselonaya gedib.
Oxu.Az xəbər verir ki, bu barədə "Marca" nəşrinə istinadən məlumat yayılıb.
Futbolçu avqustun 18-də tibbi müayinədən keçəcək. Bütün sənədlər imzalandıqdan sonra "Barselona" onun transferini rəsmən açıqlayacaq.
"Çox xoşbəxtəm. Son bir neçə gün çox gərgin keçdi, amma hər şeyin həll olunmasına şadam. Əlbəttə ki, "Barselona"da oynamaq bir arzudur. Komanda yoldaşlarıma qoşulmağı çox istəyirəm. Onların əksəriyyətini artıq tanıyıram", - deyə Rodri bildirib.
Mənbənin məlumatına görə, transferin ümumi məbləği 76.5 milyon avro təşkil edəcək. Bunun 60 milyon avrosu sabit ödəniş, 16.5 milyon avrosu isə bonuslar olacaq.