Los-Ancelsdə məşhur dizayner Edi Sliman “Saint Laurent”in kişilər və qadınlar üçün yeni kolleksiyasını təqdim edib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, dəfilədə bir çox məşhurlar iştirak ediblər.
Birinci sırada Ledi Qaqa, Castin Biber, Miranda Kerr, Kortni Lav, Cessika Alba və digər məşhur şəxslər əyləşiblər. Bəzi qonaqlar moda nümayişini ailəvi tədbir hesab etdiklərinə görə, hətta övladlarını belə gətiriblər.
Demi Mur qızları Sakaut və Tallulu, Pamela Anderson oğulları ilə, Geri Oldmen bütün ailəsi, Zoya Kravis çoxdan ayrılmış valideynləri Lenni Kravis və Liza Bonetlə, Silvestr Stallone qızları Sistin və Sofiya ilə birgə gəlib.
Yeni kolleksiyaya gəldikdə isə rok-n-roll pərəstişkarı Edi Sliman yenidən musiqiyə üz tutub. Modellər Devid Boyui, Cenis Coplin və Donavana üslubunda parıltı ilə bəzədilmiş geyimləri nümayiş etdiribilər.
Dizayner yenə də özünə sadiq qaldı: səhnə geyimlərinin leopard printlər, məxmər, lyureks və digər elementləri mövcud idi.