Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ülvi Qılınc: “Özlərini diva sayırlar, bu adamlar xəstədirlər, müalicə etmək lazımdır”
“30-40 ildir, oxuyan müğənnilər var ki, tamaşaçı üçün eyni səslə oxuyurlar. Eyni səslə 40 ildir, tamaşaçının zövqünü, ürəyini bulandırıblar. Xalq artistləri var ki, “çı”, “çi” səsləri ilə oxuyurlar. Biabırçılıq budur. Toni Brekston, Adel bu yaşına çatıb, hələ də necə oxuyur... Hələ Zərrin Özərin səsi daha da bahalaşıb. Çox təəssüf ki, bizdə özünü birinci sayanlar var. Bəs ikinci kimdir? Onu heç vaxt göstərmirlər ki, görək, bunların içində ikinci kimdir. Özlərini “diva” adlandıranların canlı konsertdə oxuduqları nədir? Hələ indiyə qədər Uitni Hyuston kimi canlı performanslarını görmədik. Amma özlərini diva sayırlar. Bu adamlar xəstədirlər, müalicə etmək lazımdır”.
Bu sözləri məşhur “O Səs Türkiyə” layihəsinin iştirakçılarından olan tanınmış opera müğənnisi Ülvi Qılınc “Space” televiziyasının efirində deyib.
“Məsələn, Ajda Pekkan divadır. Xanım 74 yaşındadır, ortada canlı performansı var. Bizdə diva Əzizə Mustafazadədir. Oxumaqdırsa, oxuyaq. Oxumaq deyilsə, yalandan nominasiya, ad xətrinə ad qoymayaq. Bu mənim şəxsi fikrimdir. Mənim üçün Fidan Qasımova, Xuraman Qasımova divadırlar. Rəhmətlik İlhamə Quliyeva da öz sənətində diva idi. Bu mənim şəxsi fikrimdir. Kimisə diva hesab etməyə məcbur deyiləm”, - deyə Ü.Qılınc bildirib.
Rəylər