Ledi Qaqanın start verdiyi aksiyanı yerli məşhurlar canlı efirdə milyonların gözü qarşısında davam etdirdilər.
Oxu.Az Gecce.az-a istinadən xəbər verir ki, bu gün “Evdəyik” verlişində maraqlı hadisələr yaşanıb. Belə ki, verlişin əsas mövzusu son zamanlar “ALS” adlı xəstəlikdən əziyyət çəkənlərə dəstək məqsədi ilə başa soyuq su tökmək aksiyasına həsr edilib. Qonaqlar sırasında studiyaya ata-bala Elşən və Rəvan Qarayevlər də təşrif buyuranlar arasında olub.
Verlişin sonlarına yaxın aparıcı Ülvira Qarayeva içərisi soyuq su ilə dolu “qrafinka”nı əlini götürərək onu Elşən Qarayevin başına tökmək istədiyini bildirib. Müğənni aparıcının bu təklifini qəbul edib.
Sözügedən həmin məqamın ən maraqlı anlarını fotolarla sizlərə təqdim edirik: