Üzeyir Mehdizadə illər sonra Aygün Kazımova ilə oxuduğu duetindən danışıb.
Oxu.Az gecce.az-a istinadən xəbər verir ki, teleaparıcı Zaur Kamal: “Aygünün tərəf müqabili Namiq Qaraçuxurlu başqası ilə duet oxumuşdu. Bəlkə, Aygün Namiqin acığına səninlə duet oxudu?” - deyə sual verib. Üzeyirin cavabı isə belə olub:
“Aygün xanımla duetimiz onun istəyi ilə baş tutdu. Maraqlı bir iş ərsəyə gəldi. Duetimiz 2-3 ay ərzində 1 milyon baxış yığmışdı.
Bizi dinləyənlər üçün də yenilik oldu. Düşünmürəm ki, Aygün xanım bunu acığa görə etsin. Bəlkə, dəstək olmaq üçün oxuyub?”.
E.Ə.